Bakı-Sumqayıt şosesində piyadanı avtomobil vurub

Bakı-Sumqayıt şosesində piyadanı avtomobil vurub
# 09 sentyabr 2021 02:43 (UTC +04:00)

Abşeron rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər Şəhərciyinin qarşısına düşən hissəsində qeydə alınıb.

1953-cü il təvəllüdlü Abıyev Ağaməmməd Əziz oğlu yolun piyadalar üçün nəzərdə tutulan yerüstü körpüdən istifadə etməyərək qəfil magistral şoseyə çıxıb. Bu zaman onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR