Bakı-Sumqayıt şossesində 5 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO - VİDEO

Bakı-Sumqayıt şossesində 5 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO  - VİDEO
# 24 may 2021 23:24 (UTC +04:00)

Bakı-Sumqayıt şosseninin Bakının Binəqədi rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə bir avtomobil sürücüsünün səhvi nəticəsində qeydə alınıb.

“Lexus” markalı avtomobil idarəetmədən çıxaraq “Peuget” və “Hyundai” markalı avtomobillərə çırpılıb. Daha sonra digər “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü üç avtomobilin toqquşmasını görüb və sükana nəzarəti itirib. Nəticədə “Hyundai” “Mercedes” markalı mikroavtobusa çırpılıb.

Qəza nəticəsində “Peuget” markalı avtomobilin sürücüsü xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR