Bakı və Masallı sakinlərindən odlu silah götürülüb​​​​

Bakı və Masallı sakinlərindən odlu silah götürülüb​​​​
# 24 may 2021 13:22 (UTC +04:00)

Bakı və Masallı sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı çoxsaylı səs-siqnal quraşdırılması müəyyən edilib, habelə 1 ədəd balta, 1 ədəd “Draqon” markalı ov tüfəngi, 14 ədəd patron, 1 ədəd “Jenix” markalı göz yaşardıcı qaz balonu, 1 ədəd elektroşoker və 8 büküm narkotik vasitə aşkar edilərək götürülüb.

Bundan başqa, Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Babaser kənd sakini, əvvəllər məhkum olunmuş K.Əhədovdan “Atharms” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR