Bakıda 17 yaşlı qız binanın altıncı mərtəbəsindən yıxılaraq ölüb - VİDEO - YENİLƏNİB

Bakıda 17 yaşlı qız binanın altıncı mərtəbəsindən yıxılaraq ölüb - VİDEO  - YENİLƏNİB
# 04 iyul 2021 17:01 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 15:04

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı binada baş verib.

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR