Bakıda 18 yaşlı qızın intiharı ilə bağlı pornoqrafik materialları yayma maddəsi ilə cinayət işi açılıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 29 noyabr 2021 16:58 (UTC +04:00)

Prokurorluq Yasamal rayonunda noyabrın 27-də 18 yaşlı qızın intihar etməsi barədə məlumat yayıb.

Yasamal rayon prokurorluğundan APA-ya verilən məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Bildiririk ki, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR