Bakıda 27 yaşlı qadın itkin düşüb - FOTO

Bakıda 27 yaşlı qadın itkin düşüb - FOTO
# 23 oktyabr 2021 11:59 (UTC +04:00)

Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, 22 oktyabr 2021-ci il tarixində səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib.

Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR