Bakıda 31 yaşlı şəxs yeniyetmə tərəfindən qətlə yetirilib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda 31 yaşlı şəxs yeniyetmə tərəfindən qətlə yetirilib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 13 iyul 2021 05:29 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 02:44

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR