Bakıda 7 il əvvəl gecə klublunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb

Bakıda 7 il əvvəl gecə klublunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
# 02 dekabr 2021 11:10 (UTC +04:00)

Bakıda 7 il əvvəl qətl törədib, istintaqdan yayınan və İnterpol xətti ilə axtarışa verilən şəxs Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəməsi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, İbrahim Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunur. Daha sonra o istintaqdan yayınaraq ölkəni tərk edib.
O interpol xətti ilə axtarışa verilib. Bu il o, saxlanılaraq istintaqa cəlb edilib.
İbrahim Muxtarov kriminal aləmin üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR