Bakıda 9 mərtəbəli yaşayış binasında yanğın baş verib

Bakıda 9 mərtəbəli yaşayış binasında yanğın baş verib
# 22 oktyabr 2021 04:10 (UTC +04:00)

Bakının Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR