Bakıda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakıda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 01 dekabr 2021 13:00 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

11.41

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasına yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə məişət tullantıları və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR