Bakıda ağır yol qəzası baş verib, ölən var - FOTO

Bakıda ağır yol qəzası baş verib, ölən var - FOTO
# 30 avqust 2021 00:01 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb, bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

"VAZ 2104" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "VAZ 2104"-də olan sürücü Talıbov Telman Balaxan oğlu ağır xəsarət alıb. Onun sərnişini isə hadisə yerində keçinib.

Baş vermiş qəza digər avtomobillərin toqquşmasına səbəb olub. Belə ki, qəzaya uğramış avtomobilləri görən motosiklet sürücüsü qəfil əyləcdən istifadə edərək aşıb. Eyni istiqamətdə gələn "Toyota", "BMW" və "Hyundai" ard-arda bir birinə çırpılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR