Bakıda anbardan 10 ədəd kondisioner oğurlayan şəxslər tutulub

Bakıda anbardan 10 ədəd kondisioner oğurlayan şəxslər tutulub
# 28 iyun 2021 16:12 (UTC +04:00)

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 26-da Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə. Kərimova məxsus anbardan 10 000 manat dəyərində 10 ədəd kondisioneri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C. Ağayev, İ. Ağayev, M. Zərbəliyev və Şirvan şəhər sakini F. Kərimov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR