Bakıda ata 1 yaşlı oğlunu qətlə yetirib

Bakıda ata 1 yaşlı oğlunu qətlə yetirib
# 31 may 2021 12:08 (UTC +04:00)

Bakıda ata azyaşlı övladını qətlə yetirib.

Binəqədi Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkənin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR