Bakıda avtomobil aşıb, sürücü ölüb

Bakıda avtomobil aşıb, sürücü ölüb
# 24 iyun 2021 12:34 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində paytaxt sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR