Bakıda avtomobil aşıb, xəsarət alan var - FOTO

Bakıda avtomobil aşıb, xəsarət alan var - FOTO
# 09 iyul 2021 02:45 (UTC +04:00)

Bakının Binəqədi rayonunda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində, Heydər məscidi yaxınlığında, dairədə baş verib.

Mahmudov Zamin Sarvan oğlu “Ravon” markalı avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb.

Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin inspektorları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR