Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 19 noyabr 2021 12:26 (UTC +04:00)

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 18-də saat 18 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini M.Fərhadov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub, həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR