Bakıda avtomobil piyadanı vurub - YENİLƏNİB

Bakıda avtomobil piyadanı vurub - YENİLƏNİB
# 02 dekabr 2021 10:31 (UTC +04:00)

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Səbail rayonu, Bibiheybət məscidi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Nissan Xtrail" markalı, 90-SB-966 markalı avtomobil 1974-cü il təvəllüdlü Əliyev Məzahir Ziyad oğlunu vurub. Piyada aldığı xəsarət hadisə yerində dünyasını dəyişib.

Faktı APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli təsdiqləyib.

DYP rəsmisi sürücülərdən yollarda diqqətli olmağı, piyadalardan qadağan olan ərazilərindən keçid etməmələrini, həyatlarını təhlükəyə atmamalarını, yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edib.

***

08.37

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.

Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR