Bakıda avtomobildə narkotik və tapaca aşkar edilib - FOTO

Bakıda avtomobildə narkotik və tapaca aşkar edilib - FOTO
# 16 noyabr 2021 09:51 (UTC +04:00)

Paytaxtda hərəkət edən avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevralet Aveo" markalı avtomobil saxlanılıb.
Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR