Bakıda avtomobillə 2 maşını vurub qaçmaq istəyən keçmiş məhkum tutulub

Bakıda avtomobillə 2 maşını vurub qaçmaq istəyən keçmiş məhkum tutulub
# 03 dekabr 2021 12:02 (UTC +04:00)

Dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı 2 avtomobili vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR