Bakıda ayrı-ayrı rayonlarda 3 nəfəri avtomobil vurub

Bakıda ayrı-ayrı rayonlarda 3 nəfəri avtomobil vurub
# 11 iyun 2021 00:54 (UTC +04:00)

Paytaxtın Sabunçu, Yasamal və Xətai rayonlarında piyada vurulması ilə nəticələnən avtoqəzalar baş verib.

APA xəbər verir ki, hadisələr gecə saatlarında qeydə alınıb.

Sabunçu rayonunun Zabrat qəsəbəsində yolu keçən 1959-cu il təvəllüdlü Qafarov Vasif Xıdır oğlunu, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında 1979-cu il təvəllüdlü Əliyeva Vüsalə Elbrus qızını və 1968-ci il təvəllüdlü Rasim Mehdiyevi 8 Noyabr prospektində avtomobil vurub. Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR