Bakıda “Azəriqaz” əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanıb

Bakıda “Azəriqaz” əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanıb
# 26 may 2021 12:02 (UTC +04:00)

Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb:

"Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR