Bakıda bacısını bıçaqlayan şəxs tutulub

Bakıda bacısını bıçaqlayan şəxs tutulub
# 14 iyun 2021 11:47 (UTC +04:00)

Bakının Xətai rayonunda bacısını bıçaqlayan şəxs tutulub. 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurması faktı əsasında Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. 
Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR