Bakıda beşmərtəbəli binada yanğın olub, xəsarət alan var

Bakıda beşmərtəbəli binada yanğın olub, xəsarət alan var
# 16 iyul 2021 12:06 (UTC +04:00)

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR