Bakıda beşmərtəbəli yataqxanada yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB

Bakıda beşmərtəbəli yataqxanada yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB
# 22 iyul 2021 12:49 (UTC +04:00)

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. İlkin məlumata əsasən, beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və digər ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin eyvanının taxta konstruksiyaları 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Xəsarət alan olmayıb.

***

11:22

Bakıda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında qeydə alınıb. Nazirliyin "112" qaynar telefon xəttinə yanğın olması barədə məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR