Bakıda bir ay əvvəl qətl törədən şəxs tutulub

Bakıda bir ay əvvəl qətl törədən şəxs tutulub
# 21 may 2021 13:10 (UTC +04:00)

Bakı sakinini qətlə yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə aprelin 10-da Biləcəri qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Allahverdiyevin ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Rəhmanov müəyyən edilərək idarə etdiyi “VAZ-21214” markalı avtomobillə birgə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR