Bakıda çoxmərtəbəli binada yanğın olub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada yanğın olub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 29 iyul 2021 06:15 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


02:58

Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 84 ünvanındakı 9 mərtəbəli binada baş vermiş yanğın zamanı mansardada yerləşən 110 kv/m sahəli ikimərtəbəli mənzil və onun dam örtüyü yanıb.

APA-nın məlumatına görə, yanğınla bağlı ikinci dərəcəli çağırış elan olunub.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) 12 yanğınsöndürən maşını cəlb olunub.

Məlumata görə, yanğın artıq söndürülüb.

***

Saat 02:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxliyə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR