Bakıda daha bir marşrut xəttində gediş haqqı kartla ödəniləcək

Bakıda daha bir marşrut xəttində gediş haqqı kartla ödəniləcək
# 31 may 2021 14:35 (UTC +04:00)

İyunun 1-dən 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - Gənclik m/s ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu üzrə - Gülməmməd Ramazanov küç, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu, Səttar Bəhlulzadə 55C, Nəcəf Nərimanov 19, A.Hüseynov küç., Azadlıq pr.104, Məsud Davudoğlu 32 və Azadlıq pr. BSM yanı (Nəsimi rayonu) ünvanlarındakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR