Bakıda daş karxanasında bir nəfər bıçaqlanıb

Bakıda daş karxanasında bir nəfər bıçaqlanıb
# 05 iyul 2021 02:59 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Daş karxanasında 1980-ci il təvəllüdlü Əliyev Zamiq Gülağa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR