Bakıda evdən 20 min manatlıq oğurluq olub

Bakıda evdən 20 min manatlıq oğurluq olub
# 21 sentyabr 2021 13:20 (UTC +04:00)

Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları daxil olan məlumat əsasında birgə əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR