Bakıda evdən 5 min manatlıq oğurluq olub

Bakıda evdən 5 min manatlıq oğurluq olub
# 14 iyun 2021 12:37 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinə iyunun 1-dən 6-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Hüseynzadə müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR