Bakıda evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub

Bakıda evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub
# 01 iyun 2021 12:14 (UTC +04:00)

Bakıda iki evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini C.Həsənov saxlanılıb.

Nizami rayon polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 25-də rayon ərazisindəki evlərin birindən 4350 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən T.Vəkilov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR