Bakıda fərdi yaşayış evində yanğın olub

Bakıda fərdi yaşayış evində yanğın olub
# 29 iyul 2021 20:16 (UTC +04:00)

Bakının Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzilin mətbəxində paltaryuyan maşın, televizor və 3 p.m mətbəx mebeli yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR