Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
# 10 noyabr 2021 02:45 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Nardaran qəsəbəsində qeydə alınıb.

Dəniz kənarında yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Axundov Mirsaleh Eldar oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR