Bakıda iaşə obyektləri yanıb - FOTO - VİDEO

Bakıda iaşə obyektləri yanıb - FOTO  - VİDEO
# 16 oktyabr 2021 00:20 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yanğın olub.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Asəf Zeynallı küçəsində tüfeyli həyat tərzi keçirən şəxsin yaşadığı vaqonda yanğın başlayıb.

Alov yaşayış sahəsinə bitişik meyvə-tərəvəz dükanı, gözəllik salonu və dərzi sexi kimi fəaliyyət göstərən üç obyektə keçib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR