Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var

© APA | qəza

# 31 iyul 2021 12:39 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi “Mercedes” və Quba rayon sakini T.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində E.Nağıyevin sərnişini Məzahir Xudaverdiyev xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR