Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 07 iyul 2021 03:23 (UTC +04:00)

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Sabit Orucov və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Arif Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobil kəsişmədən keçərkən Feyruz Əsədlinin idarəetməsində olan “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində A.Rzayev xəsarət alıb.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR