Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO  - VİDEO  - YENİLƏNİB
# 01 iyun 2021 05:42 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat 04:26

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtomobil qəzası Cavadxan küçəsində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında geriyə dönmə əməliyyatı yerinə yetirərkən “Toyota” markalı nəqliyyat vasitəsini idarə edən şəxs sükana nəzarəti itirərək “Daewoo”-ya çırpılıb.

Qəza nəticəsində “Daewoo”-da olan sərnişin xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR