Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 31 iyul 2021 05:32 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


02:39

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Füzuli küçəsində baş verib.

Aqil Abbasov idarə etdiyi "Raven" markalı avtomobillə hərəkətdə olan zaman onun qarşısına xanım sürücünün idarə etdiyi "Chevrolet" markalı avtomobil çıxıb və qəza baş verib. Sürücü A.Abbasovun APA-ya verdiyi məlumata görə, "Chevrolet" qəfildən onun yoluna çıxıb. Xanım sürücünün sərxoş olduğu deyilir. Onun sərnişinlərindən biri xəsarət aldığı üçün əraziyə Təcili Tibbi Yardım Xidməti çağırılıb, sərnişinə ilkin tibbi yardım göstərilib.

Fakt Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR