Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO
# 24 sentyabr 2021 05:11 (UTC +04:00)

Bakının Nizami rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Bakı sakini 26 yaşlı Vahid Zahid oğlu Sadıqov idarə etdiyi “Saipa” markalı avtomobillə Qara Qarayev prospektində köməkçi yolla metronun Koroğlu stansiyası istiqamətində hərəkətdə olan zaman 54 yaşlı Namiq Salman oğlu Abdullayevin idarəetməsində olan “Renault” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan hər iki sürücü xəstəxanaya aparılıb.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları baxış keçirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR