Bakıda iki evdə yanğın olub

Bakıda iki evdə yanğın olub
# 08 iyul 2021 14:19 (UTC +04:00)

Bakıda iki evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan üçmərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin mətbəxində 2 p.m mətbəx mebeli yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan kombi otağının lambirdən ibarət tavanı və 1 ədəd su qızdırıcısı qismən yanıb. Ev yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR