Bakıda iki nəfər döyülərək ağır xəsarət alıb

Bakıda iki nəfər döyülərək ağır xəsarət alıb
# 01 iyul 2021 01:03 (UTC +04:00)

Paytaxtın Sabunçu və Xəzər rayonlarında döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, 271 saylı orta məktəbin həyətyanı sahəsində dava zamanı 1991-ci il təvəllüdlü İsmayılov Azər Əjdər oğlu naməlum şəraitdə döyülüb.

Digər döyülmə hadisəsi Mərdəkan qəsəbəsində baş verib. 1974-cu il təvəllüdlü Rufullayev Teymur Aslan oğlu döyülərək bədəninin müxtəlif hissələrindən xəsarətlər alıb. O, aqonal vəziyyətdə xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR