Bakıda iki piyadanı avtomobil vuraraq öldürüb

Bakıda iki piyadanı avtomobil vuraraq öldürüb
# 21 may 2021 13:16 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 20-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Q.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan başqa, Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Eyyubov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Ramiz Qəhrəmanovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 21-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR