Bakıda insanlar üçün baş verə biləcək təhlükə aradan qaldırılıb

Bakıda insanlar üçün baş verə biləcək təhlükə aradan qaldırılıb
# 31 may 2021 06:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR