Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 23 avqust 2021 18:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR