Bakıda gənc oğlan qətlə yetirilib - FOTO - VİDEO

Bakıda gənc oğlan qətlə yetirilib - FOTO  - VİDEO
# 15 sentyabr 2021 01:22 (UTC +04:00)

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Abulov Cabir Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. C.Abulov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Cinayət işi başlanılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR