Bakıda kommunal tipli yaşayış binasında yanğın olub

Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
# 05 avqust 2021 07:52 (UTC +04:00)

Bakının Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 35 m² olan mənzilin mətbəxində 3 p.m mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR