Bakıda kriminal aləm üzvlərini güllələməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Rəşad Dağlı və Zülfi Muradov

© APA | Rəşad Dağlı və Zülfi Muradov

# 13 oktyabr 2021 17:21 (UTC +04:00)

Bakıda iki nəfəri güllələməkdə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ildə paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb. Əvvələr məhkum olunanlar – 1987-ci il təvəllüdlü İlkin Bağıyev, 1989-cu il təvəllüdlü Zülfü Muradov bədənin müxtəlif nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

Hadisənin kriminal hesablaşma olduğu bildirilib. Güllələnən şəxslər kriminal aləm üzvləri olub. Hadisə zamanı güllələnən şəxslərdən Z. Muradov meyxanaçı Rəşad Dağlının yaxın dostu olub.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR