Bakıda "Life Centre"nin yerləşdiyi binada yanğın söndürülüb - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda "Life Centre"nin yerləşdiyi binada yanğın söndürülüb - YENİLƏNİB  - FOTO  - VİDEO
# 20 iyul 2021 16:21 (UTC +04:00)

Bakıda "Life Centre"nin yerləşdiyi binada yanğın söndürülüb.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı xəbər verib.

İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

***

15:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın APA-ya verdiyi xəbərə görə, həmin binada "Life Centre" ticarət mərkəzi yerləşir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, hazırda F.Xoyski və Ə.Rəcəbli küçələrinin kəsişməsindən Ə.Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb. Məhdudlaşdırma Ə. Rəcəbli küçəsindəki binada baş verən yanğın səbəbindən tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR