Bakıda mağazalardan 7 min manatdan çox oğurluq edən şəxs tutulub

Bakıda mağazalardan 7 min manatdan çox oğurluq edən şəxs tutulub
# 22 oktyabr 2021 13:11 (UTC +04:00)

Bakıda silsələ oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Sahil qəsəbəsindəki bir marketdən 1900 manat dəyərində tütün məmulatı, Ələt qəsəbəsindəki bir marketdən 2800 manat dəyərində tütün məmulatı, ərzaq məhsulları, spirti içki və printer, habelə bir mağazadan 1000 manat pul, 2000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İ.İbrahimov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR