Bakıda məktəbdən oğurluq olub

Bakıda məktəbdən oğurluq olub
# 03 avqust 2021 12:54 (UTC +04:00)

Bakıda məktəbdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 5 ədəd elektrik tənzimləyici oğurlamaqda şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR